Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov polis əməkdaşları tərəfindən yaxalanıb.
Qeyd edək ki, Z.Orucov şəhərin Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Vəfa qızı Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.
***22:59
Gəncədə qətl hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.
Şəhər sakini Zaur Orucov şəxsi mübahisə zəmnində həyat yoldaşı 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı qətlə yetirib.
Ər arvadına bir neçə bıçaq zərbəsi vurub. Nəticədə qadın yerindəcə keçinib.
Hələlik qətlin təfərrüatları məlum deyil, hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.