“Bakcell” niyə məhkəmələrdə qalıb?
12:50 23-10-2012
İQTİSADİYYAT
“Bakcell” niyə məhkəmələrdə qalıb?
Mobil operatora qarşı iddiaların ardı-arası kəsilmir
Azərbaycanın mobil operatorlarından “Bakcell” şirkəti yenə məhkəməyə verilib. Bu dəfə “Mobifon” MMC “Bakcell”ə qarşı agent müqaviləsinin etibarsız hesab edilməsi və depozitdə saxlanılan 90.166 manat məbləğində pulun ödənilməsi tələbi barədə iddia qaldırıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Bakı Apelyasiya Məhkəməsi məhkəmə aktını ləğv edərək yeni qətnamə qəbul edib. İşə indi Ali Məhkəmədə baxılır.
Xatırladaq ki, son vaxtlar "Bakcell LTD"yə qarşı məhkəmə iddiaları əməlli-başlı intensivləşib. “Mobifon MMC”dən əvvəl məlumat yayılmışdı ki,
"CİN Telekom" MMC "Bakcell"dən şikayətçi düşüb və məhkəməyə müraciət edib. Yayılan məlumata görə, "CİN Telekom" MMC-nin məhkəməyə verdiyi qurum "Bakcell-LTD" MMC olsa da, üçüncü tərəf qismində də "Rabitəbank" ASC,"Xalq Bank" ASC və Azərbaycan Beynəlxalq Bankı" ASC çıxış edir.
"CİN Telekom" MMC "Bakcell-LTD" MMC-yə qarşı agent müqaviləsinin dəyişdirilməsi, maddi və mənəvi zərərin tutulması tələbi barədə iddia irəli sürüb. MMC "Bakcell-LTD" MMC isə öz növbəsində borcun ödənilməsi və ƏDV-nin tutulması tələbi barədə qarşılıqlı iddia qaldırıb. Bu maraqlı məhkəmə işinə Ali Məhkəmədə baxılacaq.
Yuxarıda da yazdıq, elə ötən saylarımızın birində də vurğulamışdıq və yenidən xatırlatmaqda fayda görürük ki, son vaxtlar "Bakcell"ə qarşı məhkəmə iddialarının artdığını müşaiyət edirik. Hətta ölkənin başqa bir mobil operatoru da ("Azercell") xeyli əvvəl "Bakcell"dən məhkəməyə şikayətçi olmuşdu. Ötən ay isə azərbaycanlı bir jurnalistin (Mahir Məmmədli) "Bakcell"i məhkəməyə verdiyi aydınlaşdı.
İlin əvvəllərində ölkənin iki siyasi partiyası müştəriləri arasında siyasi ayrı-seçkilik səbəbi ilə adıçəkilən mobil operatorla məhkəmədə qarşılamağa qərar vermişdilər.
Belə nümunələri kifayət qədər artırmaq olar. Bu isə "Bakcell"dən abunəçilərinin, digər qurumların narazılığı barədə zaman-zaman söylənilənlərdə həqiqət payının az olmadığı deməkdir. Açıq-aşkar hiss olunur ki, “Bakcell” yalnız öz müştərilərinə deyil, onunla tərəfdaş olan firmalarla da münasibətlərini düzgün qurmayıb və bu, son nəticə etibarilə adıçəkilən mobil operatorun məhkəmələrə düşməsinə gətirib çıxarır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03