Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Yaşar Rzayevin cinayət cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 18-nə təyin edilib.
Y.Rzayevin cinayət əməli sübuta yetirilərsə, onu 8 ildən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Y.Rzayev adlı şəxs köməksiz vəziyyətdə olan azyaşlı qıza - F.Ə-ya (ad, soy ad şərti) təcavüz edib.
Azyaşlının valideynlərinin şikayəti əsasında saxlanılan Y.Rzayev barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.