Şəki şəhərində 25 yaşlı gənc bıçaqlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin A.Əhmədov küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə yaşayan 1994-cü il təvəllüdlü Turan Vidadi oğlu Əzizli mübahisə zəminində bıçaqlanıb.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yaralıya döş qəfəsinin bıçaq yarası diaqnozu qoyulub.
İlkin tibbi yardımdan sonra xəstə ambulator müalicə almaq şərtilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.