Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyini üzə çıxardığı üçün Böyük Britaniyanın Milli Cinayət Agentliyinin təhqiqatçısı (MCA) Nicola Bartlett beynəlxalq mükafata layiq görülüb. 

Unikal.org Britaniya KİV-nə istinadən xəbər verir ki, Nicola Bartlett  Zamirə Hacıyevanın Londonda sərvətini üzə çıxardığı üçün 14 illik "Keith Hughes" mükafatında fərdi kateqoriya üzrə qalib olub.

O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində araşdırma aparıb və Zamirə Hacıyevanın qanunsuz sərvətini üzə çıxarıb.  UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün  qanundur.

Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyi iddia edib ki, xanım Hacıyeva Birləşmiş Krallıqda daşınmaz əmlak almaq üçün fırıldaq yolu ilə əldə olunmuş vəsaitlərdən istifadə edib.

Qeyd edək ki, Zamirə Hacıyeva 2018-ci ilin oktyabr ayında Böyük Britaniyanın İzahedilməz Sərvət Sərəncamının  ilk hədəfi olan şəxs kimi tarixə düşüb. 

Şəfanə İbrahimova