Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanıb.
Unikal.org-un məlumatına görə, hadisə Pirəkəşkül qəsəbəsində yerləşən Avropa kafesində qeydə alınıb.
Abşeron rayon sakini, 1984-cü il təvəllüdlü Orxan Gərayov şəxsi münasibətlər zəmində 1981-ci il təvəllüdü Kamran Xəlilovu "Makarov" tipli tapança ilə güllələyib.
K. Xəlilov xəstəxanaya çatdırılsa da, orada ölüb.
Apa-nın məlumatına görə, faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.