Deputat restoranındakı qətlə görə hədəfdə
13:08 30-10-2012
İQTİSADİYYAT
Mirələmovun rəis olan oğlunu işdən çıxartdılar
Azərbaycanda bir neçə polis rəisi işdən çıxarılıb. Bu barədə hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrləri ilə Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Cəlil Mehmanov və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov tutduqları vəzifədən azad ediliblər. Onların hər ikisi sərəncama götürülüb.
Məlumat üçün qeyd edək ki, F. Mirələmov Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun oğludur.
Dünən millət vəkilinin oğlunun işdən azad edilməsinə reaksiyası çox gecikməyib. Mirələmov bildirib ki, oğlunun işdən çıxarılmasını onun adı ilə bağlamaq, vurulması kimi qələmə vermək gülüncdür: “Məni xalq seçib, millət vəkiliyəm. Hansı vəzifəm var ki, vursunlar da? Sadacə olaraq Xəzər Rayon Polis İdarəsində yoxlama keçirilib. Öz işində nöqsana yol verənlər cəzalandırılıb. Onlardan biri də mənim oğlumdur. Məsələni başqa cür yozmaq istəyənləri başa düşə bilmirəm. Adam işində qüsurlara yol verib cəzalandırılıb”.
Bizdəki məlumatlara görə isə Hüseynbala Mirələmovun oğlunun polis rəisi görəvindən alınması yalnız işdə yol verdiyi nöqsanlarla bağlı deyil. Elə ki, Fərid Mirələmovun görəvdən alınmasında həm də atasına məxsus restoranda baş vermiş səs-küylü qətl hadisəsi də mühüm rol oynayıb.
Belə ki, bu il iyulun 17-də YAP-çı deputat Hüseynbala Mirələmova məxsus “1001 gecə” istirahət mərkəzində qətl törədilib. Deputatın qardaşı oğlu Rəşad Mirələmov əmisinin obyektində Bakı sakini Ramal Bayramovu odlu silahdan açdığı atəşlə öldürüb, İmişli sakini Səməd Mənsimovu isə yaralayıb.
Olaydan bir müddət sonra bəzi KİV-lər yazıb ki, hadisə baş verən zaman deputatın öz oğlu Fərid Mirələmov da orada olub. “Deputat ehtiyatlanır ki, oğlu da məsuliyyətə cəlb oluna bilər” - deyə həmin vaxt qəzetlər yazmışdı.
İstisna deyil ki, hələlik Mirələmovun oğlu barədə hüquqi məsuliyyətə yol açan addımlar atılmasa da, ilkin mərhələdə onun işdən uzaqlaşdırılması qərarlaşdırılıb. Bundan sonra nə olacağını isə zaman göstərəcək.
Oğlunun polis rəisi postundan kənarlaşdırılması həm də Hüseynbala Mirələmovun özünə xəbərdarlıq sayılır. Bəzi iddialara görə, bununla deputata ona məxsus restorandakı qanlı və ölkədə ciddi rezonans doğuran qətlin “unudulmayacağı”, növbəti parlament seçkisində yenidən mandat almasının mümkünsüz olacağı mesajı ötürülür.
Həsən Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00