Bakının Xətai rayonunda mənzildən qadın meyiti tapılıb.
Unikal.org FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Hüseynova Esmira Vaqif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.