Sumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.
Vurğulanıb ki, Sumqayıtın ən yeni tarixində misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev 34 illik rəhbərliyi dövründə şəhərə 16 dəfə səfər edib. Məhz Ümummilli Liderin həssas münasibəti Sumqayıtın sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına güclü təkan verib. Bu günlərdə 70 illik yubileyini qeyd edən Sumqayıtın uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.
Qeyd olunub ki, son 15 ilin mənzərəsi göstərir ki, ulu öndər Heydər Əliyevin arzuları reallığa çevrilir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Sumqayıt inkişaf edərək iri sənaye mərkəzlərindən birinə çevrilmişdir.
Sonra şəhərdə 700 nəfərlik ehsan süfrəsi açılıb, Ulu Öndərin ruhuna dualar oxunub.