Qoç - Narahatlıqlar çox olacaq, birmənalı olmayan gündür. Bir tərəfdən, xeyli maraqlı işlər olacaq, onların həlli qarşınızda yeni perspektivlər açacaq.  Digər tərəfdən isə istənilən fəaliyyət çox yorucu görünür və bir çoxları işləmək əvəzinə bədbin düşüncələrə qapılmağa üstünlük verirlər.

Buğa - Yaxınlarınızın köməyinə ümid edə bilərsiniz. Çətinliyiniz yaranan zaman onlara müraciət etməkdən çəkinməyin. İstənilən məsələnin ən yaxşı həlli - qüvvələrin birləşdirilməsidir. Problemlərlə təkbaşına savaş cəhdi isə çətin ki, uğurla bitə. Sövdələşmələr bağlamaq, iri alış-veriş etmək məsləhət deyil.
Maliyyə məsələlərində ehtiyat, sənədlərin hazırlanmasında səliqə bu gün xüsusilə vacibdir. Diqqətsizlik gələcəkdə ciddi problemlərə səbəb ola bilər. İstənilən, hətta ən xırda, qanun pozuntusu bu gün xüsusilə yolverilməzdir.

Əkizlər - Təəccüblü deyil ki, yox yerdən mübahisə yaranır, fikir ayrılıqları dərinləşir, kimsə güzəştə getmək istəmir.
Müxtəlif nəsillərin nümayəndələri bir-birilə dil tapmaqda çətinlik çəkirlər. Atalarla övladların münaqişəsi uzanır. Ciddi maliyyə itkiləri, texnikanın sıradan çıxması, qiymətli əşyaların korlanması mümkündür. Risk etmək, eksperimentlər aparmaq məsləhət deyil.

Xərçəng - Günün ilk yarısı çox pis keçir. Mənfi emosiyalarınız aşıb-daşır, yaxşı əhval-ruhiyyədən danışmağa dəyməz, adəti ruh yüksəkliyiniz də itib. Yaxınlarınızla aranızda ciddi fikir ayrılıqları yarana bilər, sizə elə gəlir ki, kimsə sizi anlamır, sevmir.
Axşam emosional gərginlik aradan qalxacaq, cari məsələlərin həlli asanlaşacaq. Pul və ya qiymətli hədiyyələr ala bilərsiniz. Sevdiyiniz adamın xoş sürprizlər etməsi mümkündür. Həyati potensialınız yüksəkdir.

Şir - Mürəkkəb, gərgin, yorucu gündür. Tez-tez boş şeylərə görə əsəbləşir, başqalarının əhəmiyyət vermədiklərini ürəyinizə salırsınız. Yaxınlarınız tez-tez sizə xoşagəlməz hadisələri xatırladır və qəlbinizi incidirlər. Bəzi məişət problemlərinin həlli üçün qohumlarınıza ağız açmalı olacaqsınız.  
Əgər bu gün hansısa vacib qərarı verməli olsanız, ciddi maneələrlə qarşılaşacaqsınız. Öz gücünüzü düzgün hesablamağınız vacibdir. Əgər gücünüz yoxdursa, ümumiyyətlə heç nə etməyin.

Qız - Gərəksiz xərclər, maliyyə itkiləri bu vaxt daha çoxdur. İşə köklənmək çətindir, fikriniz Bağdadda xurma dərir. Bir çoxları təklikdə, yaxud təmasları minimuma endirərək məhsuldar işləməyi bacarırlar.
Günün ikinci yarısı müsbət tendensiyaların təsiri güclənəcək. Axşam xoş sürprizlər, uğurlu təsadüflər, maraqlı görüşlər gözlənilir. Uzun müddətdən bəri davam edən bir münaqişəni bitirmək şansı var.

 

Tərəzi - Hazırlıq günüdür. Hansısa işi başa çatdıracağınıza ümid etməyin, amma ilkin hazırlıqları əla aparırsınız. İşgüzar görüşlər yaxşı keçir, əvvəllər sizin nöqteyi-nəzərinizlə razılaşan insanların dəstəyini qazana bilərsiniz. Maliyyə işləri ciddi diqqət tələb etmir.
Axşam görüşlər, böyük məclisdə istirahət, ziyafətlərdə iştirak üçün münasibdir. Evdə darıxacaqsınız. Klassik musiqi dinləyin: bu gün o, emosional durumunuza müsbət təsir göstərir.

Əqrəb - Gün heç xoşunuza gəlmir, axı o istədiyiniz kimi alınmır. Aydındır ki, planları dəyişmək lazımdır, ancaq yeni ideyalar yoxdur. Hiss edirsiniz ki, çıxılmaz dalandasınız. Həmfikirlərinizlə aranızda gərginlik yaranır. İş açıq münaqişə həddinə çatmasa da, narahatlıq hiss edəcəksiniz.
İmkanınız çatdığından daha çox xərcləyirsiniz. Tezliklə tamamilə pulsuz qala bilərsiniz. Sənədlərin hazırlanması, dövlət idarələrinə getmək məsləhət deyil. Hansısa bahalı əşyanın itirilməsi mümkündür.

Oxatan - Planlaşdırdıqlarınızın çoxu alınmır, amma siz ruhdan düşmürsünüz, düz də edirsiniz! Qətiyyətli olsanız, situasiyanı yaxşı istiqamətə yönləndirə bilərsiniz. Ancaq tək işləməyin, sizi dəstəkləməyə hazır olan adamlar axtarın. Bunlar daha çox gənclər ola bilər: onların həyat eşqi və optimizmi əla karınıza gələcək.
Sizə yeni məlumat lazımdır. Çox oxuyun, dünyagörüşünü artıran verilişlərə baxın, aldığınız məlumatları analiz edin. Aydınlaşdıra bildiklərinizdən istifadə etməyə çalışın. Elmi işlərin yazılması, tədqiqat işləri üçün münasib gündür.

Oğlaq - Sadə gün deyil. Ehtiyatlı olmaq, səhv buraxmamağa çalışmaq lazımdır. Unutmayın ki, düşünülməmiş hərəkətləriniz sizə baha başa gələcək. Səhhətinizdə problem yarana bilər. Həyati potensialınızın azalması həm səhhətinizə, həm də əhvalınıza təsir edəcək: qara fikirlərin məngənəsində sıxılır, ruh düşkünlüyünə qapılırsınız.
Mehriban insanlarla ünsiyyət kefinizi açar, onların dəstəyi isə sizi gərəksiz narahatlıq və əzablardan qurtarar. Odur ki, ətrafda belə birini axtarın, ya da özünüzə yeni tanış tapmağa çalışın.

Dolça - Məişət məsələlərinin həlli çox vaxt aparacaq: ev problemləri düşündüyünüzdən daha ciddidir. Çətinliklərin öhdəsindən gəlməkdə ənənəvi metodlar bu gün səmərəsiz ola bilər. Orijinal metodlar daha effektivdir. Çətin situasiyada qadınların məsləhətlərini dinləyin. Yaşlı qohumlarınızdan kömək (o cümlədən maddi yardım) ala bilərsiniz.  
Həddən artıq emosionalsınız, bu səbəbdən tez-tez problemlər yaranır. Tələsik qərarlarınız səhvdir, tezliklə bunlara görə peşmanlıq çəkəcəksiniz. Sevdiyiniz adama etibar edin - sizin hədsiz şübhələriniz münaqişə yarada bilər.  
 
Balıqlar - Ətrafdakılarla münasibətlər gərilir. Romantik münasibətlərdə soyuqluq yaranması mümkündür. Çoxları, ətraflarında mehriban insanlar olmasına rəğmən, özlərini tənha hiss edirlər. Vərdişləri dəyişməyə  çalışmaq, əvvəllər cəsarətin yetmədiyi işləri görmək lazımdır.