"Azərişıq" Bakı şəhərinın Nəsimi rayonu ərazisində yerləşən və "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə elektrik təchizatını dayandırıb.
Bu barədə Unikal.org-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O, bildirib ki, ASC Fövqəladə Hallar Nazirliyinin müraciəti ilə ərazidə elektrik təchizatını dayandırıb.
Qeyd edək ki, "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən avtomobillər və canlı qüvvə cəlb edilib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.