Rusiyada əhalinin nədə yatdığını öyrənmək məqsədilə 40 yaşlı insanlar arasında sorğu keçirilib.
Unikal.org xəbər verir ki, "Blue Sleep" şirkətinin apardığı sorğu nəticəsində məlum olub ki, vətəndaşların demək olar ki, yarısı yuxu keyfiyyətinə əməl etmir. 5 rusiyalıdan yalnız biri ortopedik döşəkdə yatır.
Respondentlərin yarıdan çoxu adi döşəkdən istifadə etdiyini etiraf edib. Sorğuda iştirak edənlərin 25%-i isə cavab verməkdə çətinlik çəkib.
Nəticələrə əsasən, rusiyalıların 6%-i matras istifadə etmədən divanda yatır. Onlar yuxusuzluqdan əziyyət çəkdiklərini etiraf edib.
Həkimlər yuxusuzluqla mübarizədə sağlam həyat tərzi keçirməyi tövsiyə edir. Respondentlərin 40%-i isə idmandan uzaq olduqlarını deyib. (publika.az)