Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Unikal.org-un məlumatına görə, seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. 

Bu seçki dairəsində 38 min 621 seçicidən 16 min 800 (43.50 faiz) səs verib.

Seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 min 085 seçicidən 10 min 156 (24.13 faiz) səs verib.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ümumilikdə seçici fəallığı 32.72 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 162 70 64 nəfəri səs verib.