Namiq Abbasov səfir vəzifəsindən geri çağırıldı
Namiq Abbasov səfir vəzifəsindən geri çağırıldı
Azərbaycanın Özbəkistana yeni səfiri təyin olunub

Azərbaycan prezidenti İlham Əliyev Namiq Rəşid oğlu Abbasovun Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam verib.
Prezidentin digər sərəncamı ilə Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısı, həmçinin H. Quliyevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi barədə sərəncam verib.