Avstraliya bu dəfə də zəhərli hörümçəklərin fəlakətinə məruz qalıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, vahiməli görünüşlü hörümçəklər güclü yağış və isti hava şəraiti səbəbindən təbiətdə yaşadıqları yerlərdən çıxaraq evləri işğal etməyə başlayıblar. Bu hörümçək növünün suda 24 saat yaşaya bildiyi və sancdığı adamın 10 dəqiqə içərisində dünyasını dəyişdiyi məlum olub. Əhalidan hovuzlara girmədən əvvəl diqqətli olmaları tapşırılıb.