Beyləqan rayon sakinin 9 baş qoyunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə Unikal.org Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-da E.Qurbanovun həyətyanı sahəsindən 9 baş qoyun oğurlamaqda şübhəli bilinən Aşqallar kənd sakini H.Qafarov və Sabirabad rayon, sakini əvvəllər məhkum olunmuş Ş.Dadaşov saxlanılıblar.