Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə o, Fələstin Televiziyasının birbaşa yayımında çıxış edərkən bildirib.
"Qüds satılmır və sizin sui-qəsdiniz keçməyəcək. Biz Fələstin xalqının tarixi haqlarına məhəl qoymamağa imkan verməyəcəyik, biz paytaxtı Qüds olan Fələstin dövlətinə sadiqik", - o deyib.
Mahmud Abbasın sözlərinə görə, Fələstin probleminin aradan qaldırılması üzrə planlar müvəffəqiyyətsizliyə uğrayacaq. "Biz diz çökməyəcəyik və təslim olmayacağıq. Fələstin məsələsinin aradan qaldırılması ilə bağlı sui-qəsdlər, sazişlər və xain planlar müvəffəqiyyətsizliyə məhkumdur. Bu çətin anda mən fələstinlilərə çağırış edərək birləşməyə və milli layihənin aradan qaldırılması üzrə plandan imtina etməyə müraciət edirəm", - o deyib.