Ermənistan parlamentinin “Mülki müqavilə” partiyasından olan deputat Arsen Torosyan mandatından istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Parlamentin mətbuat xidmətinin rəhbəri Movses Arutyunyan bildirib ki, deputat müvafiq ərizəni parlament sədrinə təqdim edib.
Məlumata görə, Arsen Torosyan Ermənistan Respublikasının əmək və sosial məsələlər naziri təyin olunacaq.
Ağarza Elçinoğlu