Türkiyənin 2-ci liqasında mübarizə aparan "Elazığspor" klubu fəaliyyətini dayandıracaq.
Unikal.org xəbər verir ki, bu barədə klub prezidenti Selçuk Öztürk bildirib. O, klubun dağılması ilə bağlı qərarı Elazığda baş vermiş zəlzələ ilə əlaqələndirib.
Zəlzələ nəticəsində klubun bazasında çatların yarandığını deyən klub rəhbərinin sözlərinə görə, kənardan gələn futbolçular komandadan getmək istəyirlər: "Belə durumda oyunlara çıxa bilmərik. Ad haqqını qorumaq şərti ilə çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyik".
Qeyd edək ki, "Elazığspor" futbol klubu 1967-ci ildə yaradılıb. Klub indiyədək ölkə çempionatında bir çox uğurlara imza atıb.