Suriya ordusu İdlib əyalətinin Maarət-an-Numan şəhərinə nəzarəti geri qaytarıb.

Unikal.org xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Məlumata görə, hazırda hökumət qoşunları strateji əhəmiyyətli şəhərdə öz mövqelərini gücləndirir. Mühəndis qoşunları ərazinin minalardan təmizlənməsi işləri aparır.

Maarət-an-Numan Xama və Hələb arasındakı nəqliyyat yolunda İdlib terrorçuları üçün zəruri qaladır. Buna görə də o strateji məkan hesab edilir.