İstanbulda semestr tətili üçün atasının evinə gedən 14 yaşlı qızın başına dəhşətli olay gəlib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeniyetmə qızın ögey anası onun başından aşağı qaynar su töküb. Nəticədə tələbə qızın bədənində müxtəlif dərəcəli yanıqlar meydana gəlib. 3 dəfə əməliyyat olunan 14 yaşlı qızın müalicəsinin davam etdiyi bildirilib.

Polis tərəfindən saxlanılan ögey ana məhkəmə qarşısına çıxarılıb, nəzarətdə qalması şərti ilə sərbəst buraxılıb.