Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova universitetdə ingilis dilində dərs deyən müəllimlər üçün “Problem-based learning (PBL)” metoduna həsr olunmuş seminar keçirib.  Seminarda müxtəlif kafedralardan 25-ə yaxın müəllim iştirak edib. 

Unikal.org xəbər verir ki, Ü.Səttarova təlimdən əvvəl qeyd edib ki,  seminarın əsas məqsədi müəllimlərin bu metodu yaxşı öyrənərək bir semestr ərzində öz fənnlərini həmin metodla tədris etmələrinə nail olmaqdır.

eminarda müəllimlərə PBL metodunun əyani tətbiqini əks etdirən video da nümayiş olunub. Ümumi təqdimatdan sonra yeni metodla bağlı suallar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. 

Məlumat üçün onu da qeyd edək ki, “Problem-based learning (PBL)” metodunu ən yaxşı tətbiq edən iki müəllim xaricə ezam olunacaq.