Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Unikal.org-un məlumatına görə, maliyyə yardımı ayrılan qəzetlər sırasında Azərbaycan və rus dillərində çıxan "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur.
Sözügedən qəzetlərin təsisçisi Prezidentin keçmiş köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır.
Qeyd edək ki, artıq hər iki qəzetin kollektivi bununla əlaqədar Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.