Müğənni-aparıcı Mehriban Məmmədzadə də deputatlığa namizədliyini irəli sürüb.

Unikal.org xəbər verir ki, o, 106 saylı Tovuz-Qazax Ağstafa seçki dairəsindən namizədliyini irəli sürüb. Xanım müğənninin Tovuz, Qazax və Ağstafa sakinlərilə görüşlər keçirdiyi bildirilir.

Qeyd edək ki, Mehriban Məmmədzadə "Lider" telekanalında yayımlanan "Nə düşünürsən" verilişinin aparıcısı olub.