80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd, Hüquq üzrə fəlsəfə doktoru, Hüquq müdafiəçisi Çingiz Qənizadə dairəni əhatə edən 40 kənddə görüşlərini başa çatdırsa da, fərdi görüşlərini davam etdirir.
Unikal.org xəbər verir ki, deputatlığa namizəd seçki qərargahında artıq 4-cü gündür ki, fərdi qaydada seçicilərini qəbul edir. Kəndlərdə görüşlər zamanı ona ünvanlanan məsələləri bir də nəzərdən keçirtmək üçün vətəndaşlarla görüşür.
Qərargahdan bildirilir ki, həm yerlərdə, həm də fərdi görüşlərdə hər bir seçici ölkə başçısı, prezident İlham Əliyevin apardığı daxili, xarici siyasətini dəstəkləyir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və cənab prezidentin apardığı islahatlara “hə” deyir. Aparılan bu islahatların qorunması və dövlətçilik naminə ən layiqli, ən savadlı namizədlərdən biri olan Çingiz Qənizadəyə səs verəcəklərini qeyd edirlər.
Qeyd edək ki, Çingiz Qənizadə hər gün 50-dən çox seçicini fərdi qaydada qəbul edir.
Görüşlər zamanı Çingiz Qənizadə tərəfindən insanları narahat edən bir çox məsələlər ətrafında ya onlara hüquqi məsləhətlər verilir, ya da hüquqi sənədləşmələrə köməklik göstərilir. Deputatlığa namizəd hər bir müraciətə diqqətlə yanaşır. Bəzi işləri isə xüsusi nəzarətə götürür.
Məlumat üçün bildirək ki, fərdi qaydada görüşlər davam edir.