Daşkəsən rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.

Unikal.org "Report"-a istinadən xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Elzadə Cəfərov Daşkəsən rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, E.Cəfərov bu təyinata qədər Salyan rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi çalışıb.