Fevralın 6-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Carlı kənd inzibati ərazi dairəsinin Quşlar və Carlı kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Unikal.org xəbər verir ki, qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qəbulu giriş nitqi ilə açaraq bildirib ki, bu cür görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq yerlərdə davam etdirildiyini diqqətə çatdırıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin Carlı kənd inzibati ərazi dairəsində də uğurla həyata keçirildiyini qeyd edən Rayon İcra Hakimiyyətinin Başçısı bu işlərin bundan sonra da görüləcəyini, kənd sakinlərinin müraciət və təkliflərinin daim diqqət mərkəzində saxlanacağını bildirib.
Kənd sakinləri elektrik enerjisi və suvarma su təchizatı, torpaq məsələləri, işlə təminat, kənd təsərrüfatı , məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verib.