27 fevral 2020-ci il tarixində Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq forum keçiriləcək.
Unikal.org xəbər verir ki, bunu WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib.
“Beynəlxalq mütəxəssislərin, aidiyyəti dövlət qurumlarının və bu sahəyə marağı olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunacaq forumda ovçuluq sahəsində cəmiyyəti düşündürən və mütəmadi müzakirə obyekti olan mövzular ətrafında fikir mübadiləsi aparılacaq”.
Elşad Əsgərovun fikrincə, bu gün ictimaiyyət ovçuluğa yanaşmasına görə iki cəbhəyə bölünüb: ova qarşı çıxaraq məhdudiyyət tərəfdarı olanlar və ovu qanuni hüquqları hesab edənlər.
Bu səbəbdən təşkil ediləcək forumda tanınmış beynəlxalq mütəxəssislərinin iştirakı ilə təzadlı fikirlər ətrafında maraqlı müzakirələrin keçirilməsi və müvafiq tövsiyələrin verilməsi gözlənilir.