Fevralın 7-də "Azərişıq" ASC sədrinin müavini Ramil Yusifov Füzuli rayonunda vətəndaşları qəbul edəcək.

ASC-dən Unikal.org-a verilən məlumata görə, rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda rayon sakinləri iştirak edə bilər.

Məlumata görə, R. Yusifov "Azərişıq"ın fəaliyyət istiqaməti üzrə şikayət və təklifləri dinləyəcək.