Bu gün “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov Füzuli rayonunda vətəndaşları qəbul edib.
Unikal.org-un məlumatına görə, Heydər Əliyev Mərkəzinde keçirilən qəbulda Füzuli rayonunun sakinləri iştirak ediblər. Qəbul zamanı “Azərişığ”ın fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənib.
R.Yusifov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkəsinin rəisinə müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə öz həllini tapıb.
Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişığ”ın fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.