Daxili İşlər Nazirliyi (DİN) 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı baş verən insidentlə bağlı araşdırma aparacaq.
Bu barədə Unikal.org-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı nazirlik tərəfindən araşdırmalara başlanılacaq.
Qeyd edək ki, fevralın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd F.Ağamalının Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə görüşündə insident baş verib. F.Ağamalı “Report”a deyib ki, deputatlığa namizəd Kamil Müsəvi müxtəlif bölgələrdən gətirdiyi insanlar ilə birlikdə aqressiv şəkildə üzərinə hücum edib. Sözügedən insidentin görüntüləri sosial şəbəkələrdə də yayılıb.