Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) birgə təşkilatçılığı ilə təşkil olunan IV Beynəlxalq Qış məktəbi davam edir.

Unikal.org-un verdiyi xəbərə görə, Fevralın 10-da Gömrük Akademiyasında fəaliyyət göstərən INCU-nun Bakı Regional Ofisində Qış məktəbinin iştirakçıları üçün Rusiyanın Şimal-Qərb İdarəçilik İnstitutunun dosenti Qalina Fedotova “Tarif təsnifatı və mənşə üstünlükləri qaydaları” mövzusunda təlim keçib.

Qeyd edək ki, Beynəlxalq Qış məktəbi 4 fevral tarixində başlayıb və 12 fevral tarixində başa çatacaq. Təlimlər INCU-nun Katibliyinin rəhbəri Mixail Kaşubski, Rusiyanın Şimal-Qərb İdarəçilik İnstitutunun dosenti Qalina Fedotova, Samara Dövlət Texniki Universitetinin dosenti Darya Ştrikova tərəfindən keçirilir.