Lənkəran şəhərində 62 yaşlı usta ehtiyatsızlıqdan yıxılaraq dünyasını dəyişib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında şəhər sakini 1958-ci il təvəllüdlü Nəhmət Sərəng oğlu Məmmədov usta kimi çalışdığı evin hasarında qaynaq işi görərkən yüksəklikdən yıxılıb.
N. Məmmədov kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq. O, bu gün səhər saatlarında dünyasını dəyişib. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.