Bu gecə 00:00-dan etibarən bir ay müddətində tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir.
Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Eyni zamanda dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər: “Dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla, ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir”.