Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.

Unikal.org-un məlumatına görə, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.