“Koronavirusla mübarizə dövlət səviyyəsində aparılır. Yəni, bu, Səhiyyə Nazirliyi səviyyəsind deyil”.
Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin Komitə sədri Musa Quliyev deyib. O bildirib ki, Prezidentin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və proses vahid mərkəzdən idarə olunur:
“Əlaqədar bütün nazirliklər, komitlər, təşkilatlar da buraya cəlb olunub.
Onu da qeyd edim ki, infeksiya ilə mübarizədə vətəndaş faktoru da nəzərə alınmalıdır. Birinci infeksiyanın mənbəyi aradan qalıdırılmalıdır, ikinci infeksiyanın ötürülməsinə qarşı mübarizə aparılır. Üçüncü isə infetsiya kimə yönəlibsə, o təsirlər aradan qaldırılmalıdır.
İndi biz infeksiyanın mənbəyini ləğv edə bilmərik, çünki Çin, İran, İtaliyadadır. Amma bizim hədəfimiz infeksiyanın ötürülməsinin qarşısını almaq olmalıdır. Bundan ötrü də lazımi işlər görülür. Operativ Qərargahın veridyi qərar bu baxımından əhəmiyyətlidir. Hər kəsin bu qaydalara əməl etməsi vacibdir”.
Gülayə Mecid