Yevlax şəhərinin Varvara kəndində ferma ərazisində 5 hektar sahədə kol-kos və qamışlıq, yaxınlıqda ümumi sahəsi 20 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a məlumat verilib.

Ferma və ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.