“İstehlak bazarında tibbi vasitələrə - spirt və tibbi maskaların təchizatında heç bir çətinlik yoxdur”.
Unikal.org xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər istehlak bazarında tibbi vasitələrə - spirt və tibbi maskalara təlabatın artmasına münasibət bildirərkən deyib.
Nazir yaxın həftələrdə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisənin işə düşəcəyini bildirib.
M.Cabbarov həmçinin bildirib ki, dezinfeksiya üçün istifadə olunan spirt istehsalına gəldikdə, Azərbaycan özünü tam həcmdə bu məhsullarla təmin edir.