Azərbaycanda koronavirusa yoluxma hallarının qarşısının alınması üçün tamaşaçı qismində iştirak edənlərin olduğu verilişlərin yayımı müvəqqəti olaraq dayandırıla və ya həmin proqramlar auditoriyasız çəkilə bilər.
Bunu Unikal.org-a açıqlamasında Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov çəlumat verib. Onun sözlərinə görə, əgər Nazirlər Kabineti Yanında Operativ Qərargah bu barədə qərar qəbul edərsə, ondan sonra müvafiq addımlar atılacaq:
"Bu sağlamlıqla bağlı olduğu üçün aidiyyatı qurumların rəyindən sonra MTRŞ hansısa qərar qəbul edə bilər. Ümumilikdə hazırda koronavirusla bağlı qərarları Nazirlər Kabineti Yanında Operativ qərargah verir. Əgər o qurum tamaşaçısı olan verilişlərlə bağlı hansısa qərar qəbul etsə onda biz bununla bağlı addımlar ata bilərik. Nazirlər Kabineti Yanında Operativ qərargah bu verilişlərlə bağlı hansısa addımların atılmasını və ya tədbirlər planını məsləhət bilsə, onda onun icrasına nəzarət edə bilərik. Əgər qərargah həmin auditoriyada əyləşən şəxslərin səhhəti üçün problem görsə müəyyən tədbirlər görüləcək".
Famil Fərhadoğlu