Universitetlərin beynəlmiləlləşməsi və bu sektorda baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mühitinin yaranmasına gətirib çıxarıb. Digər sahələrdə olduğu kimi, universitetlər arasında da güclü rəqabət onların brendlənməsini zərurətə çevrilib.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) də bu istiqamətdə uğurlara imza atır.
Unikal.org xəbər verir ki, UNEC brendi öz əhatə dairəsini günü-gündən genişləndirməklə 2018-ci ildə ilk dəfə Türkiyədə, daha sonra isə Avropanın daha 4 ölkəsində - Polşa, Slovakiya, Latviya, Litva - qeydiyyata alınıb.
2020-ci il 8 apreldə isə UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi Xorvatiyada qeydiyyata alınıb.
Beləliklə, UNEC brendi artıq 6 xarici ölkədə tanınıb və qısa vaxtda Avropanın daha 8 ölkəsində onun qeydiyyata alınması üçün zəruri işlər tamamlanıb.