Artıq bütün dünyanı öz təsirinə alan yeni növ koronavirusla (COVID-19) bağlı araşdırmalar davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiyanın Aalto Universiteti koronavirus xəstəsi olan bir şəxsin asqırdıqdan sonra damlacıqlaırn necə havada qaldığını araşdırıb.

Belə ki, virusa yoluxmuş bir şəxs asqırdıqdan sonra qapalı bir məkanda həmin damlacıqlar havada bir müddət asılı qalırlar. Buna görə də həmin qapalı məkanlarda olan şəxslərin koronavirusa yoluxma ehtimalı yüksək qiymətləndirilir.