Hal-hazırda koronavirusun ən geniş yayıldığı ölkə ABŞ-dır.

Unikal.org xəbər verir ki, ölkədə pandemiyanın həbsxanalara sıçramaması üçün müəyyən tədbirlər görülür. Erməni əsilli model Kim Kardaşyan isə ABŞ-da məhkumların sərbəst buraxılmasının vacib olduğunu bildirib.

Ona bu tələbindən sonra yüzlərlə məhkumdan təşəkkür mesajı gəlib. O, ona əl yazısı ilə gələn bir məktubun fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, ABŞ-da 2,3 milyon məhkum var. Sözü gedən ölkə bu barədə dünyada "lider"dir.