Bütün dünyanı təsir sahəsinə alan yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı artmağa davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Kiprdə xroniki xəstəliyi olan şəxslər koronavirus səbəbindən dolu olan xəstəxanalara gedə bilmirlər.

Nəticədə, çox sayda insanın köməksiz qalıb evində öldüyü məlum olub. Ölənlərin əksəriyyətinin ürək və digər xroniki xəstəlikləri olan insanlar olduqları bildirilib.