Türkiyədə daha 115 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 518 nəfərə çatıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, bu gün ölkədə 34 090 test keçirilib, 4 281 yeni yoluxma aşkarlanıb.

Yoluxanların ümumi sayı 69 392 nəfərə çatıb. Bu gün daha 875 pasiyent sağalıb, sağalanların ümumi sayı 5 674 nəfər olub.