Çinin Uhan şəhərində meydana gələn və sürətlə dünyaya yayılan koronavirus (Covid-19) səbəbindən bir çox məşhur şəhərlərin mərkəzləri boş qalıb.

Unikal.org xəbər verir ki, bu şəhərlərdən biri də İtaliyanın paytaxtı Romadır. Roma şəhərinin səssizliyi Türkiyənin "DHA" xəbər agentliyi tərəfindən görüntülənib.

Xüsusilə də şəhərin tarixi yerlərində heç kimin olmaması böyük marağa səbəb olub.

Qeyd edək ki, İtaliyada 165 155 nəfər koronavirusa yoluxub, onlardan 21 645-i vəfat edib.