Yaponiyanın Baş naziri Şinzo Abe, bəzi bölgələr üçün əvvəlcədən elan edilmiş fövqəladə qərarın, artan koronavirus təhlükəsi səbəbiylə ölkə daxilində tətbiq edilməsinə qərar verildiyini açıqlayıb.
Unikal.org Yaponiya mətbuatına istinadən xəbər verir ki, Baş nazir Şinzo Abe Tokio, Osaka və digər 5 ştat üçün fövqəladə vəziyyət elan edib.
Fövqəladə vəziyyətin genişləndirilməsi qərarının mayın 6-dək davam edəcəyi açıqlanıb.
Yaponiyada koronavirus hadisələrinin sayı 8 min 626, ölənlərin sayı 178-ə yüksəlib.