Ekvador prezidenti Lenin Moreno, xalqa müraciətində ölkəsində baş verən COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı açıqlama verib.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Prezidentin açıqlamasında, keçən ay küçələrdə öldüyü ölkəsində yeni növ koronavirusun (COVID-19) “episentri” olaraq xarakterizə edilən Guayaquildəki evlərdən və xəstəxanalardan 1424 cəsədin toplandığını açıqlayıb.
“Birgə İşçi Qüvvələri bu günə qədər Guayaquildəki evlərdən və xəstəxanalardan 1424 cəsəd topladı və hamısı lazımi şəkildə dəfn edildi” deyən Moreno, Guayaquildə cəsədlərin toplanması üçün yaradılan Birgə İş Qüvvələrinin fəaliyyətləri haqqında danışıb.
Ekvadorda baş verən COVID-19 pandemiyasının “episentri” kimi təsvir olunan Guayaquildə, xəstəxanaların meyitxanalarının dolduğu və cənazə xidmətinin təmin edilməməsi səbəbiylə insanların mart ayının sonunda qohumlarını küçələrə buraxdıqları və küçədə yandırdıqları görülüb.
Şəhərdə cəsədlər toplamaq üçün ordunun köməyi ilə qurulan Birgə İş Qüvvələri lideri Vated, toplanan cəsədlərin COVID-19 səbəbi olub olmadığının bilinmədiyini söyləyib.
Qeyd edək ki, 17 milyondan çox əhalisi olan Ekvadordakı rəsmi məlumatlara görə, indiyə qədər 388 insanın həyatına son qoyub, 7 min 858 adamda da koronavirus aşkar edilib.