Almaniyada ötən sutkada daha 3 380 nəfərə koronavirus diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, bunu Robert Kox İnstitutu açıqlayıb.
Bildirilib ki, ölkədə koronavirusa yoluxma faktlarının sayı 133 830-a çatıb.
Məlumata görə, eyni dövr ərzində ölənlərin sayı 299 nəfərə artaraq 3 868-ə yüksəlib.
İndiyədək 81 800 nəfər koronavirusdan sağalaraq evə buraxılıb.