Fransa prezidenti Emmanuel Makron, “British Financial Times” qəzetinə verdiyi açıqlamada yeni koronavirus (COVID-19) ilə bağlı qiymətləndirmələr aparıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  açıqlamada Fransa prezidenti Makron, “Açıq-aydın bilmədiklərimiz şeylər  var” deyə virusun meydana gəldiyi Çini günahlandırıb. 

Belə ki, Fransa, Almaniya və İtaliyanı, Çin və ya Rusiyaya qarşı yayılan epidemiya ilə mübarizə etməyin mümkün olmadığını vurğulayan Makron, “Çinin koronavirus idarəçiliyində bizdən daha yaxşı olduğunu söyləmək üçün kifayət qədər təmiz deyilik. Bilmirik. Açıqcası bilmədik” deyə ifadəsini istifadə edib. 

Qeyd edək ki, Fransada indiyə kimi 18 minə yaxın  insan koronavirusdan həyatını itirib.