Latın Amerikası Meksika ölkəsində yeni növ koronavirus (COVID-19) nəticəsində ölənlərin  və yoluxanların sayı gündən-günə artır.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Səhiyyə nazirinin müavini Hugo Lopez-Gatell, son 24 saatda COVID-19 səbəbiylə ölənlərin sayının 43 artaraq 449-a, yoluxanların sayı isə 448 artaraq 5 min 874-ə çatdığını söyləyib.

Qeyd edək ki, ölkədə ilk COVID-19 yoluxma halı fevralın 28-də, virusla əlaqəli ilk ölüm martın 19-da baş verib.